AZ   |   RU
Təbrizdə azərbaycanlı siyasi fəal saxlanılıb - İran kəşfiyyatı evində axtarış aparıb
İranda azərbaycanlı siyasi fəal Həkimə Əhmədi saxlanılıb. 

Missiya.Az
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilir ki, Əhmədi bu gün günorta saatlarında Təbriz kəşfiyyat qüvvələri tərəfindən öz evində həbs edilib və naməlum yerə aparılıb.

Əhmədinin qohumlarından birinin dediyinə görə, onun evinə qanunsuz daxil olan mülki geyimli şəxslər evdə axtarış aparıb və Həkimə Əhmədinin kitablarını götürüblər. 

Qadının harda olduğu bilinmir. Rəsmi qurumlar isə heç bir açıqlama vermirlər.



  • 16-07-2022, 23:44