AZ   |   RU
İlham Əliyevin çıxışında səslənmiş mesajlar Ermənistan rəhbərliyi üçün çox açıq, konkret və sərt xəbərdalıqdır - Məlahət İbrahimqızı

Bildiyimiz kimi dünən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilibdir.

Bu müşavirədə Dövlət Başçımız ötən dövr ərzində respublikamızın daxili və xarici siyasətində baş verən hadisələr, həyata keçirilən layihələr və görülmüş işlər haqqında çox ətraflı məlumat verdi. Bununla bərabər O qarşıdakı dövr üzrə də görüləcək işlər haqqında fikirlərini və yol xəritəsini bildirdi. Möhtərəm Prezidendimizin çıxışının ən önəmli məqamlardan biri də postmüharibə dövründə bölgədəki siyasi-iqtisadi durum, baş verən geosiyasi proseslər haqqında idi. Məlumdur ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, Müzəffər Ali Ali Baş Kamandanımızın rəhbərliyi ilə Müzəffər Milli Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək, respublikamızın ərazi bütövlüyünü bərpa etdi və işğalçı dövlətin Baş Naziri 2020-ci il 10 noyabr tarixində kapitultasiya müqaviləsinə imza atmışdı. Bununla bərabər hər iki dövlət rəhbəri postmüharibə dövründə istər Moskva, istər Brussel görüşmələrdə bu iki ölkənin üzərlərinə götürdükləri öhdəlikləri əks etdirin müqaviləyə imza atmışdı. Bu müqaviləyə əsasən gələcəkdə bu iki xalqın sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün hər iki tərəf konkret işləri icra etməlidir. Daha dəqiq desək imzalanmış bu sənədə əsasən sərhədlərin delimitasiyası, demorkasiyası gerçəkləşdirilməsi və sülh müqaviləsi imzalanmalıdır. Çox təəssüf ki, Ermənistanın Baş Naziri bu müqavilələrə imza atsa da bugünədək konkret addımlar atıomamışdır. Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və hörmət olunan Azərbaycan isə üzərinə götürdüyü öhdəliklərlə bağlı xüsusən sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun yaradılması daxil xeyli işlər, görübdür. Fəxrlə deməliyik ki, bu müqavilədə əks olunmuş bütün məsələlər, xüsusən də sülh müqaviləsi ilə bağlı irəli sürülən təkliflər məhz cənab İlham Əliyev tətəfindən irəli sürülmüşdür. Möhtərəm Prezidentimiz də müşavirədə çıxışında məhz
Ermənistanın Azərbaycan tərəfinin beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşdırdığı təklifləri qəbul etməsinə baxmayaraq hələ də, konkret addımlar atmadığını bildirmişdi. Xatırlatmalıyıq ki, bugün yəni 16 iyul tarixinfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə görüşəcəklər. Möhtərəm Prezidentimiz çıxışında bu görüşdə konkret nəticələrin olacağına umidvar olduğunu və tezliklə Ermənistan tərəfinin də münasibətlərin normallaşması və öz öhdəliklərini yerinə yetirmələri üçün işçi qrupunun formalaşdıracağını bildirmişdi.

Qeyd etmək lazımdır ki, müharibədən 1 il 8 ay ötsə də Ermənistan heç bir addım da atmamışdır. Əlbəttə Ermənistanda ictimai-siyasi-iqtisadi mühit və durum hədsiz dərəcədə ağırdır. Buna baxmayaraq bu ölkəni idarə edənlər bir mənalı olaraq anlamalıdır ki, götürdükləri öhdəliklərini nə qədər gec yerinə yetirərsə durumları daha da ağırlaşacaq. Yəni ötən hər saniyə Ermənistanın ziyanınadır. Bildiyimiz kimi 10 noyabr Bəyannaməsində Ermənistanın götürmüş olduğu
öhdəliklərdən biri də erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır.

Çox təəssüf ki, indiyədək bu problem həll olunmayıbdır.Möhtərəm Prezidentimiz çıxında bu problemlə bağlı dəfələrlə məsələ qaldırıldığını, Ermənistanın isə suni olaraq bunu uzatmasını bildirmişdi.

Respublikamızın Prezidenti eyni zamanda, Rusiyanın hərbi rəhbərliyi qarşısında dəfələrlə bu məsələni qaldırdığını, eləcə də, bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli təmsilçilərinin Azərbaycandakı səfərlərinfə diqqətlərinə çatdırdığını, onların isə iyun ayına qədər erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılacağına söz verdiklərini bildirmişdi. Çox təəssüf ki, hələ də bu məsələ öz həllini tapmayıb. Möhtətəm Prezidentimiz çıxışında Ermənistanın 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirməməsini, Rusiya sülhməramlılarının 10 noyabr Bəyannaməsini imzalamaslna baxmayaraq Ermənistanın dövlət rəhbərlərini buna məcbur etməməsini və bunun dözülməz vəziyyət olduğunu bildirdi. O, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalmasının, eləcə də qalib ölkə kimi ərazi bütövlüyümüzü bərpa etdiyimiz halda yeni təhlekələrin qəbuledilməz olduğunu bildirmişdi. Dövlətimizin Başçısı çıxışında Azərbaycan ərazisindən Ermənistanın öz silahlı birləşmələrini çıxarmadığı halda Azərbaycanın konkret və adekvat planının olduğu fikirlərini bildirmişdi. Hesab edirəm ki, möhtərəm Prezidentimizin çıxışınfa səslənçiş bu mesajlar 10 noyabr Bəyannaməsinin kobudcasına pozan Ermənistan və Ermənistan rəhbərliyi üçün çox açıq, konkret və sərt xəbərdarlıqdır.


Məlahət İbrahimqızı
Millət vəkili

  • 16-07-2022, 22:28