AZ   |   RU
Səfər Mehtiyev həbs olunacaqmı? - Generalların korrupsiya qalmaqalı böyüyür

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyevin vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Ümumilikdə prezident İlham Əliyev nadir hallarda qeyri-iş günlərdə hər hansı məmurun vəzifəsindən azad olunmasına dair sərəncam imzalayır. Görünür, Səfər Mehtiyevin fəaliyyətində yol verdiyi nöqsanlar belə bir təxirəsalınmaz sərəncamın imzalanmasına səbəb olub.

Son bir ay ərzində Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin ətrafında baş verən korrupsiya qalmaqalları, qurumda aparılan yoxlamalar və generalların həbsi Səfər Mehtiyevin də məsuliyyətə cəlb oluna biləcəyi ehtimalını gücləndirir.

Çox ehtimal ki, yaxın saatlarda Səfər Mehtiyevin həbs olunduğu barədə xəbərlər yayılacaq. 

Xatırladaq ki, iyulun 15-də Dövlət Gömrük Komitəsinin 4 vəzifəli şəxsi həbs olunub. 
Həmin şəxslər Səfər Mehtiyevə yaxınlığı ilə seçilib. Gömrük xidməti polkovniki Sultan Sultanov isl ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

  • 16-07-2022, 17:42