AZ   |   RU
Aİ Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşünü dəstəkləyir

Bu gün Prezident İlham Əliyev, XİN başçısı Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə əla görüşlərim oldu.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter hesabında bildirib.

“Sülh prosesinin vəziyyətini qiymətləndirdik. Həmçinin Aİ-nin Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin sabah Gürcüstanda görüşünün keçirilməsi ilə bağlı ikitərəfli qərarını dəstəklədiyini ifadə etdim” – deyə diplomat vurğulayıb.

  • 15-07-2022, 23:40