AZ   |   RU
"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azalıb

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq.

Bu halda rəqiblər "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) və "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütlərinin qalibləri, eləcə də Kiprin "Apollon" (Limassol" komandası olacaq.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək.


  • 15-07-2022, 21:33