TikTok-un Rusiyada işinə qoyduğu məhdudiyyətləri aradan qaldırmaq planları yoxdur
Məsələ ilə əlaqədar “360” telekanalı daha əvvəl bildirmişdi ki, sosial şəbəkə sentyabrın 27-də Rusiyada işləmək üçün bütün məhdudiyyətləri aradan qaldıracaq.
Missiya.Az xəbər verir ki, platformanın mətbuat xidmətindən TASS-a verilən məlumata görə, TikTok sosial şəbəkəsi Rusiyada işləmək məhdudiyyətlərini aradan qaldırmağı planlaşdırmır, Rusiya Federasiyasından olan istifadəçilərin videolarının yerləşdirilməsi hələ də mümkün deyil.
"TikTok xidmətində Rysiya ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb ", - mətbuat xidməti bildirib.
Onlar xatırladıblar ki, Rusiyadan olan istifadəçilər üçün videoların yerləşdirilməsi imkanları hələ də aktiv deyil.
Xatırladaq ki, martın 6-da TikTok Rusiya ordusuna aid saxtakarlıqların yayımına görə, Rusiya Federasiyasında yeni videoların yayımını və yerləşdirilməsini dayandırıb. Hazırda Rusiyadan olan istifadəçilər də digər ölkələrdən olan videolara baxa bilmirlər.