Ermənistan prezidenti Vaaqn Xaçaturyan Edvard Asryanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi haqqında fərman imzalayıb.
Missiya.Az TASS-a istinadən xəbər verir ki, sənəd cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Konstitusiyanın 155-ci maddəsinin 3-cü hissəsinə, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 35.1-ci maddəsinin 1-ci hissəsinə və 36-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq Baş nazirin təklifini əsas götürərək, Edvard Asryan beş il müddətinə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilsin”, - prezidentin sərəncamında deyilir.
Mediamax qeyd edir ki, bundan əvvəl general-mayor Edvard Asryan Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini vəzifəsini tutub və o, 2021-ci il sentyabrın 27-də bu vəzifəsindən azad edilib.
Qeyd edək ki, keçmiş Baş Qərargah rəisi Artak Davtyan fevral ayında Ermənistan Baş Prokurorluğunun ona, habelə keçmiş müdafiə naziri Tonoyan, Baş Qərargah rəisinin keçmiş müavini Qalstyan və digər yüksək vəzifəli şəxslərə qarşı cinayət işi açıldıqdan sonra tutduqları vəzifədən azad ediliblər.