“Rusiyanın Azərbaycandakı səfiri Ermənistanın azərbaycanlılar tərəfindən işğal olunmuş Şuşi şəhərinə səfər edib. Beləliklə, o, bu hərəkətilə hamımıza başa saldı ki, Rusiya Şuşini Azərbaycan ərazisi hesab edir.”
Missiya.Az xəbər verir ki, bu fikirləri sosial şəbəkələrin erməni seqmentindəki izləyicilər paylaşıb. Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya səfəri Ermənistanda ciddi etiraza səbəb olub.
Sismasis teleqram kanalında müzakirə olunan məsələ ilə bağlı ermənilər Rusiyaya qarşı hiddətləndiklərini bildiriblər.
“ Qeyd edim ki, Qarabağ münaqişəsi həll olunmayıb və həmsədr ölkənin özünü bu şəkildə tanıtmaq hüququ yoxdur. Bunu da xatırlatmaq yerinə düşərdi ki, Rusiya və Ermənistan müttəfiqdir. Sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsinə təəccüblənirlər. Əlbəttə ki, nifrət böyüyəcək və bunun günahkarı yalnız Rusiya hakimiyyətidir!”- deyə erməni istifadəçilərdən biri bildirib.
Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub. Onu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müşayət edib.