AZ   |   RU
İtaliyanın Baş naziri istefa verəcək

İtaliyanın Baş naziri Mario Draqi istefa verəcəyini açıqlayıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, buna səbəb 5 Ulduz Hərəkatı (M5S) partiyasının hökumətin ailələr və müəssisələr üçün hazırladığı iqtisadi yardım paketinin parlamentdəki səsverməsinə qatılmaması olub.

Baş nazir Draqi koalisiya partiyasının bu mövqeyindən sonra istefaya qərar verib.

“Artıq bu hökuməti dəstəkləyən milli birlik koalisiyası yoxdur” deyən Draqi istefasını bu axşam prezidentə təqdim edəcək.


  • 14-07-2022, 22:10