AZ   |   RU
İsveç məhkəməsi edamlarda əli olan sabiq iranlı məmura ömürlük həbs cəzası verib

İsveç məhkəməsi iranlı sabiq prokuror köməkçisi Həmid Nurini ömürlük azadlıqdan məhrum edib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, Həmid Nuri 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub.

Onun 1988-ci ildə İranda minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsində əli olduğu sübut edilib.

Qeyd edək ki, 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam olunub.





  • 14-07-2022, 16:39