AZ   |   RU
İran Rusiyaya yüklərin daşınması üçün 300 konteyner ayırıb

İran gəmiçilik donanması (IRISL) Rusiya, Hindistan və İranı birləşdirməli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Rusiyaya yüklərin daşınması üçün 300 konteyner ayırıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, İran sınaq marşrutunu uğurla başa vurub və Hindistandan Rusiyaya və əks istiqamətdə müntəzəm yük tranzitinə başlayıb. IRISL yaxın gələcəkdə konteynerlərin sayını artıracaqlarını və Xəzər dənizində yüklərin daşınması üçün əlavə gəmilər tikəcəyini bildirib.
Xatırladaq ki, Hindistan, Rusiya və İran Şimal-Cənub dəhlizinin yaradılması haqqında sazişi 2000-ci ildə imzalayıb. Sonradan sazişə daha 10 ölkə, o cümlədən Azərbaycan da qoşulub.

  • 13-07-2022, 19:01