"Ümid edirəm ki, Azərbaycan həndbolu yaxın gələcəkdə Avropada öz sözünü deyəcək".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri həndbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nasser Salimi söyləyib.
İranlı mütəxəssis Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək komandanın hazırlığını yüksək qiymətləndirib: "Azərbaycan yığması sürətlə inkişaf edir. Bütün istiqamətlər üzrə - həm fiziki, həm taktiki, həm də texniki hazırlığı artırmaq üçün məşq edirik. İslamiadadakı rəqiblərimiz güclü olsa da, onlara qarşı layiqli çıxış etməyə çalışacağıq".
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək. “B” qrupunda yer alan Azərbaycan komandası Türkiyə və İranla üz-üzə gələcək.