Cari ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 2 milyon nəfəri ötüb.
Missiya.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata görə, cari ilin təkcə iyun ayında hava limanlarında
530 min nəfərə xidmət göstərilib ki, bu da pandemiyadan əvvəl
2019-cu ildəki göstəricinin
96 %-ni təşkil edir.
Heydər Əliyev Beynəlxalq Hava Limanında yeri olan “AZAL” və “Buta Airways” aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq
618 min və
201 min sərnişin daşınıb. Bunlardan
457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin
36 %-ni təşkil edir.
2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna
24 xarici aviaşirkət müntəzəm reyslər yerinə yetirilib. Bundan əlavə, qeyd edilən ayda “Salam Air” aviaşirkəti Maskat şəhərindən Bakıya birbaşa reyslər açıb.
İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şərcə və Minsk şəhərləri daxil olub.
Heydər Əliyev Beynəlxalq Hava Limanı (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin iş gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə hava limanları üçün epidemioloji təhlükəsizlik üzrə
5 ulduzlu reytinqə layiq görülüb.
Bu mükafat, öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin yüksək səviyyədə tanındığını göstərir.