Türkiyə istədiyi vaxt Suriyanın şimalında yeni sərhəd əməliyyatına başlayacaq.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Prezident əməliyyatın bir gecə gözlənilmədən başlayacağını söyləyib. Bu, taktiki və strateji məsələdir, bununla bağlı lazımi məsləhətləşmələr aparılır, lazımi planlar hazırlanıb, müvafiq işlər görülüb”, - nazir bildirib.
O qeyd edib ki, NATO-nun iyunun 28-30-da keçirilən sammitində Türkiyənin alyansdakı müttəfiqlərindən heç biri onu Suriyadakı əməliyyatın ləğvi və ya təxirə salınmasının zəruriliyinə inandırmağa çalışmayıb.
Türkiyə hakimiyyəti daha əvvəl Silahlı Qüvvələrin Suriyanın şimalında yeni əməliyyata tam hazır olduğunu bildirib.