AZ   |   RU
AHİK şəhid ailələrinə Qurban bayramı sovqatı təqdim edib

Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar da bu nəcib missiyada yaxından iştirak edir.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, ənənənin davamı olaraq iyunun 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tapşırığı ilə Konfederasiyanın əməkdaşları Qurban bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidləri – Sədi Musayev, Elbrus Əhmədov, Arif Abbasov, Tural Əsgərli, Röyal Ələkbərov və Adil İbrahimlinin ailəsinə baş çəkiblər.

Saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə şəhid ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb. Sonra bayram sovqatı şəhid ailələrinə təqdim olunub.

Ailə üzvləri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.

  • 9-07-2022, 17:31