AZ   |   RU
41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək

Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə bu ayın sonuna qədər 41 ailənin köçürülməsi həyata keçiriləcək.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bu sözləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

O qeyd edib ki, bununla bağlı artıq kifayət qədər böyük tədbirlər görülür.

"Ayın sonuna qədər artıq məcburi köçkünlər həmin evlərə qayıdacaqlar”, - deyə V.Hacıyev əlavə edib.


  • 9-07-2022, 14:46