AZ   |   RU
Ukrayna səfiri Qurban bayramı münasibəti ilə müsəlmanları Azərbaycan dilində təbrik edib

Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, diplomat təbrikini Azərbaycan dilində səsləndirib:

"Dünya müsəlmanları, eləcə də Ukraynada yaşayan müsəlmanlar Qurban bayramını qeyd edirlər.

Bu bayram mənəvi birlik və həmrəylik rəmzidir.

Qardaş Azərbaycan xalqı, bayramın mübarək! Əziz dostlar! Müsəlman dünyası üçün bu müqəddəs gündə ukraynalılar, eləcə də Azərbaycan əsilli ukraynalılar əlində silahla Ukrayna dövlətinin azadlığı və müstəqilliyini qorumaq məcburiyyətində qalıblar. Siz doğma torpağı müdafiə etməyin nə demək olduğunu, eləcə də sülhün qiymətini hamıdan yaxşı bilirsiniz!".


  • 9-07-2022, 14:39