AZ   |   RU
Ronaldu "Mançester Yunayted"in toplanışına qatılmaqdan imtina edib

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunun təlim-məşq toplanışına qoşulmaqdan imtina edib.

Missiya.Az
ESPN-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Tailandda təşkil olunacaq hazırlıq prosesini də buraxacaq. nı tərk etmək üçün bu addımı atıb.

Təcrübəli forvardın hansı səbəbdən toplanışa qatılmayacağı bəlli deyil. İngiltərə mətbuatı daha əvvəl ulduz futbolçunun ailə məsələlərinə görə məşqlərdə iştirak etmədiyini yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən mövsüm "Mançester Yunayted"də 38 oyuna 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


  • 8-07-2022, 17:53