Türkiyənin Adana şəhərində xüsusi təyinatlı polislər öncə qonşusunun evini, sonra da özünü yandırmaq istəyən şəxsə qarşı əməliyyat keçiriblər.
Missiya.Az xəbər verir ki, bu barədə haberler.com saytı məlumat yayıb.
Qeyd edilib ki, yanğını törədən Məryəm B. qonşusu olan bacısı Əminə Ş-nin kirayəçisi olub. O, bacısı ilə elektrik pulunu ödəmək barədə mübahisə edib və sonra Əminə Ş-nin evini alışdırıcı gellə yandıraraq öz evinə qaçıb. Yanğının şiddətləndiyini görən Əminə ünvana yanğınsöndürənləri çağırıb.
Polisin gəldiyini görən Meryem B. isə evinin önünə çıxaraq özünü yandıracağını deyib. Qadınla danışıqlar aparan polis onu razı sala bilmədiyi üçün ünvana xüsusi əməliyyat qrupları da göndərilib. Gələn polislər qapını xüsusi alətlə qırıblar. Bu zaman Məryəm B. dama qalxaraq qonşularını təhqir etməyə başlayıb. Daha sonra saxlanılan Məryəm B. ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
Leyla Səməndər
Missiya.Az