AZ   |   RU
“ARAZ” marketdə aldadıcı endirim aksiyası – Alıcı saxtakarlığı aşkarladı – Fotolar

Azərbaycanda fəaliyyət göstərən super və hiper marketlərin bəzilərində aldadıcı endirim aksiyalarına çox rast gəlmişik. Bu barədə alıcılar dəfələrlə sosial şəbəkələrdə müxtəlif videolar paylaşıb, qarşılaşdıqları saxtaklarlıq hallarını konkret faktlarla ifşa ediblər.
 

Çox təssüf ki, marketlər alıcıları aldatmaq ənənəsindən hələ də əl çəkə bilmirlər. Buna sübut kimi daha bir aldadıcı endirim aksiyası ilə bağlı fakta diqqətinizi yönəltmək istəyirik.
 
Missiya.Az xəbər verir ki, bu günlərdə “Araz” marketdə alış-verişdə olan alıcılardan biri kolbasa məhsullarının satıldığı bölmədə endirim aksiyasına rast gəlib. Xüsusi bildiriş lövhəsində 11.99 qəpik qiyməti olan kolbasanın edirilmiş qiyməti 7 manat 79 qəpik göstərilib. Alıcı həmin gün “Bravo” marketə də baş çəkib. Kolbasa məhsullarının satıldlğı bölmədə “Araz” marketdə endirimdə olan kolbasanın endirimsiz-filansız elə 7 manat 79 qəpiyə satıldığlını görərəkən əvvəl qarşılaşdığı endirim aksiyasının əslində aldadıcı olduğunun fərqinə varıb. Yəni həmin kolbasanın endirimdən əvvəl 11 manat 99 qəpiyə satıldığı barədə qeyd uydurmaymış.
 
Məsələ ilə bağlı “Araz” marketlərinin daxil olduğu “Veysəloğlu” şirkətinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, təssüf ki, cəhdlərimiz nəticə vermədi.
 
Təqdim etdiyimiz fotolardan 1-cisi “Araz” marketdə çəkilib. 2-ci isə “Bravo” marketdə. Fotolardan da göründüyü kimi qiyməti endirimə düşdüyü kolbasanın real qiyməti 7 manat 79 qəpikdir.



Missiya.Az

  • 5-07-2022, 17:00