AZ   |   RU
Peskov Kalininqradın blokadası barədə danışdı: “Ən pis ssenari üçün hazırlıq gedir”

“Kreml Kalininqrada yüklərin tranziti ilə bağlı vəziyyətin həll olunacağına ümid edir. Eyni zamanda, blokadanın davam edəcəyi təqdirdə müxtəlif ssenariləri nəzərdən keçirir”.

Missiya.Az
Tass-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə müsahibəsində deyib.

Peskov regional hakimiyyət orqanlarının hökumətə və prezident administrasiyasına təqdim etdiyi cavab planı ilə bağlı da danışıb: "Biz bu vəziyyətin həllini gözləyirik. Yaxşılığa ümid edirik, lakin təbii ki, həm də ən pis ssenari, ən pis vəziyyət üçün müxtəlif variantlar üzərində düşünürük. Ona görə də hələlik heç bir təfərrüat vermək istəmirik”.

Qeyd edək ki, Litva Rusiyanın Avropada yerləşən Kalininqrad vilayəti ilə bağlı sanskiya tətbiq edib.  

Sanksiyaya əsasən dəmir yolu və avtomobil tranziti dayandırılıb. Prezident administrasiyası və Xarici İşlər Nazirliyi Litvanın hərəkətlərinin qeyri-qanuni və beynəlxalq müqavilələrə zidd olduğunu açıqlayıb.

Teymur Aaslanov
Missiya.Az


  • 5-07-2022, 14:44