AZ   |   RU
Azərbaycan Xəzər dənizinin hüquqi statusunun həlli üçün əməkdaşlıqda maraqlıdır

Dövlət öz mövcudluğunu o zaman qoruyub saxlaya bilir ki, onun ağıllı, uzaqgörən, müdrik başçısı olur. Bu baxımdan Azərbaycan bütün dünyaya öz varlığını, mövcudluğunu, malik olduğu gücünü prezidentimiz İlham Əliyevin siyasəti və taktikası sayəsində qəbul etdirdi. Müzəffər sərkərdəmizin istər Vətən müharibəsi zamanı, istərsə də sonrakı çıxışları, söylədiyi hər söz, hər fikir dünya ölkələrinin diqqətini Azərbaycana yeni bir bucaqdan baxmağa vadar etdi. 29.06.2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı da belə təqdirəlayiq çıxışlardandır.

Elmin, texnikanın inkişafı, insanların tələbatının artması, ekoloji gərginliklərin çoxalmaması üçün görülən və görüləcək işlər, dinc-yanaşı yaşama prinsipinin vacibliyi və bu kimi bqaşqa məsələlər dovlət başçılarının bir araya gəlməsi üçün əsas amildir. Bu baxımdan    VI Zirvə Toplantısı böyük  tarixi əhəmiyyətə malikdir. 

Xəzərin hüquqi statusuna dair  hələ 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının zirvə görüşü keçirilmişdir. Sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb. VI Zirvə Toplantısında prezidentimiz İlham Əliyevin dediyi kimi Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yonəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Bu isə çox vacib və həyati məsələdir.
Dövlət başçıları müzakirə edilən əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi  vacib məsələləri qeyd ediblər.
Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Belə layihələrin hazırlanıb həyata keçirilməsi, dövlətlərarası əməkdaşlıq, xoş niyyətili, əhəmiyyətli görüşlər bütün dövltlərin mövcudluğu, inkişafı və daimiliyi üçün vacib məsələdir. Bu baxımdan  dövlətlərarası keçirilən görüşlərdə Xəzərin hüquqi statusunun verilməsi əsas şərtlərdir.

Azərbaycan Xəzər dənizinin hüquqi statusunun həlli üçün əməkdaşlıqda maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. 

Azərbaycanın hərtərəfli nailiyyətləri və uğurları bizi sevindirir, fərəfləndirir, qürürlandırır. 
Yaşa doğma Azərbaycan, daima irəli!

Nərgiz Məmmədova 
Nizami rayonu, Y.Kovalyov adına 229 nömrəli tam orta məktəbin tarix müəllimi.




  • 4-07-2022, 23:51