AZ   |   RU
Zelenski İsveçin Baş naziri ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə ilk dəfə səfər edən İsveçin Baş naziri Maqdalena Anderssonla görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Bildirilib ki, Zelenski ukraynalılarla həmrəylik nümayiş etdirdiyinə və gələcəkdə Avropa İttifaqına tam üzv olmaq istiqamətində dəstəyinə görə Anderssona təşəkkür edib.

Qeyd edək ki, M.Andersson artıq Rusiyanın nəzarətində olan Buça və Borodyankaya səfər edib.

  • 4-07-2022, 23:14