AZ   |   RU
Göygöldə yol qəzasında bir ailənin dörd üzvü ölüb


Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

  • 1-07-2022, 23:39