AZ   |   RU
Britaniyada meymunçiçəyinə yoluxma sayı 1 200-ü keçib


Böyük Britaniya səlahiyyətliləri meymunçiçəyinə 159 yeni yoluxma qeydə alınıb.

Missiya.Az
"Report"-a istinadən xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) elan edib.
Bununla da onların ümumi yoluxma sayı 1 235-ə çatıb.

Ən çox yoluxma sayı İngiltərədə aşkar edilib. Şotlandiyada 34, Uelsdə 10, Şimali İrlandiyada 6 xəstə var.

Xəstələrin böyük əksəriyyətinin kişilər olduğu bildirilir. Bu günə qədər ölkədə yaşayan yalnız beş qadının qanında virus aşkar edilib. Xəstələrin orta yaşı 37-dir.

  • 1-07-2022, 23:06