AZ   |   RU
Respublika stadionunda meydançalardan biri sökülüb

Tofiq Bəhramov adına Respublika stadionunda qapalı meydançalardan biri sökülüb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu addım cənub darvazalarının azarkeşlərin üzünə tam açıla bilməsi üçün atılıb.

Həmin meydança cənub darvazasının qarşısında yerləşdiyi üçün oyunlar zamanı fanatların giriş-çıxışına maneçilik törədirdi. Bu məqam nəzərə alınaraq sözügedən meydançının sökülməsinə qərar verilib.

Hazırda həmin ərazidə cəmi bir qapalı meydança fəaliyyət göstərir.

Qeyd edək ki, "Qarabağ" Polşa "Lex"inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki cavab matçını iyulun 12-də mərkəzi arenada oynayacaq. İlk qarşılaşma iyulun 5-də Poznanda gerçəkləşəcək.


  • 1-07-2022, 17:21