AZ   |   RU
Zaurun efirdən qovduğu müğənni Azərbaycan barədə görün nə dedi - AÇIQLAMA
 
Güney Azərbaycandan olan müğənni Afşin Azəri ARB televiziyasında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal tərəfindən canlı yayımdan qovulmasının səbəbini açıqlayıb.

 Missiya.Az
xəbər verir ki, Afşin Azərin MTV Azərbaycan kanalında bunalrı deyib: “Allahıma təşəkkür edirəm ki, bu qədər insanların sevgisini gördüm. Dünəndən bu sevgi mənə sübut olundu. Xalqımız mənə dayaq oldu. Danışan adam deyiləm, amma xalqımın, sevənlərimin və milyonların qüruruna görə buradayam. Yenə də sözümün üstündəyəm ki, iki kişinin arasında danışılan söz onların arasında qalmalıdır. Əgər buna riayət etmirsənsə, heç olmasa yalan danışma. İnsan iki dəqiqənin içində necə yalan danışa bilər. Yalan danışırsan, icazə ver, cavab verim. Mən niyə Azərbaycandayam?! Niyə qonağam?! Mən qonaq deyiləm, bura mənim ölkəmdir”!

  • 30-06-2022, 17:42