AZ   |   RU
ABŞ Avropaya yeni hərbi qüvvələr göndərəcək və bu ölkələrdə bazalar quracaq - Baydendən açıqlama


"ABŞ-ın hazırki təhlükəsizlik mühitindəki dəyişikliklərə cavab vermək və kollektiv müdafiəmizi gücləndirmək üçün Avropadakı hərbi qüvvələrini artıracağını bəyan edirəm".

Missiya.Az
haberglobal-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammiti öncəsi NATO-nun baş katibi Yens Stoltenberqlə mətbuata birgə açıqlamasında deyib.

Madriddə keçirilən sammitdə ittifaq olaraq birlik və əzm mesajı verdiklərini deyən Bayden, NATO ölkələrinin sammitdə Finlandiya və İsveçin üzv qəbul olunması üçün rəy verəcəklərini bildirib.  

Ağ Ev rəhbəri daha sonra ölkəsinin Avropadakı mövcudluğunu açıqlayıb və Polşada daimi qərargah yaradacaqlarını, Rumıniyada döyüşə hazır bir bölmə saxlayacaqlarını da açıqlayıb.  

Bayden bildirib ki, iki ölkənin neytrallıq ənənəsindən əl çəkərək NATO-ya daxil olmaq qərarı alyansımızı daha da gücləndirəcək”.

Teymur Aslanov
Missiya.Az


  • 29-06-2022, 17:09