AZ   |   RU
Rusiya Bayden və ailə üzvlərini də “Qara siyahı”-a saldı


Rusiyaya girişi həmişəlik qadağan olunmuş ABŞ vətəndaşlarının tam siyahısı Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Missiya.Az
Tass-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Bəyanatda deyilir ki, Moskva 25 ABŞ vətəndaşına, o cümlədən prezident Co Baydenin ailə üzvlərinə rusofob mövqelərinə görə cavab sanksiyaları tətbiq edib.

Bildirilir ki, siyahıda Baydenin həyat yoldaşı Cill və qızı Eşli, həmçinin Stenford Universitetinin professoru, tanınmış siyasi analitik Frensis Fukuyama da var.

Qeyd edək ki, Rusiyaya girişi həmişəlik qadağan olunmuş ABŞ vətəndaşlarının tam siyahısı Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Teymur Aslanov 
Missiya.Az




  • 28-06-2022, 17:13