“Gürcüstanda heç vaxt Qərbin sanksiyalarından yayınma halı olmayıb”.
Missiya.Az TAAS-a istinadən xəbər verir ki, Bu barədə bazar ertəsi Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili hökumətin iclasından sonra keçirilən brifinqdə qeyd edib.
“Bəli, doğrudan da bu gün Batumi limanında yükü (neft) olan gəmi var və o, sanksiyalara məruz qalmış şirkətdə qeydiyyatdadır. Bu faktdır. Biz artıq sənədləri nəzərdən keçirmişik. Gürcüstanda heç vaxt Qərbin sanksiyalarından yayınma halı olmayıb (Qərb tərəfindən Rusiya Federasiyasına qarşı tətbiq edilən - TASS). İndiki halda da bu belə olacaq”, – deyə Davitaşvili müvafiq sualı cavablandırarkən bildirib.