AZ   |   RU
Marneulidə eyvan uçub, ölən və xəsarət alan var


Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində beşmərtəbəli binada uçqun olub.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb.

Hadisə zamanı 40 yaşlı qadın ölüb, digəri isə xəsarətlər alıb. Yaralanan şəxsin hamilə qadın olduğu bildirilir. O, xəstəxanaya çatdırılıb.

Əraziyə polis və xilasedicilər cəlb olunub.





  • 26-06-2022, 21:13