AZ   |   RU
Azərbaycanın Kiyevdəki səfirliyinin binasında raket zərbəsindən çatlar əmələ gəlib

Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığında raket zərbəsi olub və nəticədə binanın divarlarında çatlar əmələ gəlib.

Missiya.Az
Apa-ya istinafən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. 

Məlumata görə, 2 ay əvvəl də səfirliyin binası zərbədən zədələnib. Lakin bunun nəticələri aradan qaldırılıbmış. 

Bu gün isə bina yenidən ziyan dəyib, səfirlik əməkdaşlarının həyatı təhlükə altına düşüb. Qeyd edək ki, Kiyevdəki səfirliyimiz 60-cı illərdən qalma binada yerləşir. Bina yeni təmir edilibmiş. 

İndi isə zərbə daha da yaxında olduğu üçün binanın divarlarında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.

  • 26-06-2022, 18:34