AZ   |   RU
"Türk dünyasında İlham Əliyev şəxsiyyətinə yüksək dəyər verilir" - Sudeif İmamverdiyev
“Azərbaycan prezident İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır. Əminliklə deyə bilərik ki, bu səfərdən sonra iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq. İmzalanan sənədlər və Bəyannamə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasına mühüm töhvə verəcək”.

Missiya.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türk Ağsaqqalları Birliyinin (TAİB) sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev Prezident İlham Əliyevin Özbəkistan səfərinin əhəmiyyəti barədə danışarkən deyib. 

TAİB sədri bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi istiqamətində atılmış çox mühüm addımlardan biridir. 

“Prezident İlham Əliyevin 2021-ci ilin sonlarında Tükmənistana səfər etməsi, 2022-ci ilin aprel ayında Qırğızıstan prezidentinin ölkəmizə qarşılaması, həmçinin bu günlərdə Özbəkistana rəsmi səfəri, bir daha Azərbaycan liderinin hədəflərinin genişliyini aydın göstərir. Həm türk dövlətləri liderlərinin Azərbaycana, həm də Prezident İlham Əliyevin qeyd edilən ölkələrə səfərləri eyni kökdən olan xalqların əlaqələrinin inkişafına, iqtisadi və siyasi cəhətdən yaxınlaşmasına xidmət edir. Xüsusilə qeyd etmək lazımdır ki, cənab prezidentə Özbəkistanda göstərilən diqqət, onun təntənəli şəkildə qarşılanması Azərbaycan liderinin şəxsiyyətinə və siyasi nüfuzuna verilən yüksək dəyərin aydın göstəricisidir. Görünən odur ki, Prezident İlham Əliyev türk dünyasının önəmli liderinə çevrilib. Əminəm ki, Prezident İlham Əliyevin türk dövlətlərinin birliyi istiqamətində atdığı addımlar uğurlu nəticələr verəcək.”

Sudeif İmamverdiyev bildirib ki, Türk Ağsaqqalları Birliyi – TAİB cənab prezidentin türk dövlətləri arasında inteqrasiyanın sürətləndirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirir.

Missiya.Az

  • 25-06-2022, 12:31