“İqtisadiyyatı siyasiləşdirmək üçün rıçaq və silah kimi istifadə edənlər bütün dünyaya fəlakət gətirəcək.”
Missiya.Az Haber7.com-a istinadən xəbər verir ki, bu sözləri sabah Pekinin ev sahibliyi ilə onlayn formatda keçiriləcək “BRİKS Liderlər Zirvəsi” öncəsi ölkələrin adlarını çəkmədən Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarını tənqid edən Çin prezidenti Si Cin Pin deyib.
Çin lideri vurğulayıb ki, Ukrayna böhranı dünyada hamı üçün yeni oyanış çağırışıdır.
“Bu bizə onu göstərir ki, güc mövqeyində olmaq, başqalarının iqtisadi varlığını təhdid etmək hesabına hegemonluğa can atmaq, beynəlxalq maliyyə və valyuta sistemlərindəki hökmranlıqlarından istifadə etmək, qlobal iqtisadiyyatı siyasiləşdirməyə çalışma ölkələr arasında qarşıdurma sülh və təhlükəsizliyi təmin etmir, nəticədə bu fikirlər dünyamızı çıxılmaz vəziyyətə gətirəcək.” Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ, İngiltərə, Kanada, Avropa İttifaqı və digər Qərb müttəfiqləri Moskva administrasiyasına qarşı ticarət və maliyyə sanksiyaları tətbiq ediblər. Sanksiyalar çərçivəsində bir çox dövlət qurumunun, şirkətləri və Rusiya administrasiyasına yaxın adların aktivləri dondurulub. Rusiya banklar arasında beynəlxalq pul köçürmələrinin həyata keçirildiyi SWIFT sistemindən kənarlaşdırılıb.
Moskvadan neft və qazının mühüm alıcısı olan Çin isə Ukraynadakı müharibə ilə bağlı “işğal”, “hücum” sözlərindən və “qınama” mənasına gələn ifadələrdən çəkinib.
Teymur Aslanov
Missiya.Az