AZ   |   RU   |   Köhnə versiya

Gəncə avtomobil zavodu İstehsalat Birliyinin yaşı 40-dan yuxarı olan əməkdaşları vaksinasiya olunub.



Gəncə avtomobil zavodu İstehsalat Birliyinin yaşı 40-dan yuxarı olan əməkdaşları COVİD-19 əlehinə vaksinasiya olunub.

Missiya.Az
xəbər verir ki, bu barədə məlumatı Birliyin direktoru Bağban Nəbiyev  verib. Onun sözlərinə görə yaşı 50-dən yuxarı olan əməkdaşlarda artıq 2-ci doza vaksinlərin vurulması başa çatdırılıb. 40-49 yaş arasında olan işçilərin 1-ci doza vaksiyasiya prosesi tam başa çatıb, aprelin 22-dən başlayaraq 2-ci dozaların vurulmasına start veriləcək. B. Nəbiyev onu da qeyd edib ki, vaksinasiya olunan əməkdaşlar arasında hər hansı əlavə təsir qeydə alınmayıb. Bu günədək Gəncə avtomobil zavodu İstehsalat Birliyinin ümumilikdə 40 yaşından yuxarı 233  əməkdaşı COVİD-19 əlehinə vaksin olunub. 

Baxış sayı: 71
  • 15-04-2021, 16:12