IX Qlobal Bakı Forumu iştirakçılarının Şuşaya səfəri başa çatıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, səfər zamanı iştirakçılar üçün bir sıra panel iclaslar keçirilib, onlara Şuşa şəhərində və işğaldan azad edilmiş bütün ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.
İştirakçılar həmçinin Şuşa şəhərinə ekskursiya ediblər, Cıdır Düzündə, Şuşa qalasında olublar, həmçinin Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin abidələrinə baxıblar.