2022-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 28 faizini qadınlar təşkil edir.Missiya.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, dövlət qulluqçularının 6,8 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,4 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,8 faizi 6-cı təsnifatı, 48,4 faizi 7-ci təsnifatı, 21,0 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.
Dövlət qulluqçularının 7 faizi 1 ilədək, 23,1 faizi 1 ildən 5 ilədək, 25,9 faizi 5 ildən 10 ilədək, 17,2 faizi 10 ildən 15 ilədək, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 2,5 faizini 25 yaşadək, 13,3 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,1 faizini 35-39 yaşda, 12,2 faizini 40-44 yaşda, 9,3 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,4 faizini 55-59 yaşda, 9,6 faizini 60-64 yaşda, 1,6 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2021-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,8 faiz artaraq 1274,1 manat təşkil edib.