
Bakıda yaşayış binasında yanğın olub.
Missiya.Az "Report"a istnadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat bildirilib.
Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və mənzillər yanğından mühafizə edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.