AZ   |   RU
Hulusi Akar gürcü həmkarı ilə Qafqazda təhlükəsizliyi müzakirə edib
Türkiyənin milli müdafiə naziri Hulusi Akar gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşüb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Görüş NATO Müdafiə Nazirlərinin iclası çərçivəsində Brüsseldə baş tutub.

Görüş zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlıq, Qara dəniz və Qafqazda təhlükəsizlik məsələləri müzakirə edilib.

  • 15-06-2022, 21:13