Çin Xalq Respublikasının prezidenti Si Cinpin və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Çinin CCTV dövlət televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, dövlət başçıları telefon danışığı zamanı tərəflərin Ukrayna böhranının həlli istiqamətində məsuliyyətli şəkildə çalışmalı olduğunu müzakirə ediblər.
Cinpin Putinə vəziyyətin həllinə kömək etməyə hazır olduğunu bir daha bəyan edib.
Qeyd edək ki, Çin Ukrayna müharibəsi ilə əlaqədar Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb.
Daşqın Həsənov
Missiya.Az