Rusiya prezidenti Vladimir Putin 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) plenar iclasında çıxışı zamanı qlobal siyasət və iqtisadiyyatdakı vəziyyəti dəyərləndirəcək.
Missiya.Az “Tass”a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə verdiyi açıqlamada deyib. Prezidenti köməkçisi bildirib ki, Putinin qlobal iqtisadiyyatda və siyasətdə mövcud vəziyyəti qiymətləndirməsi gözlənilir.
“Sözsüz ki, buna misal olaraq, hazırda bütövlükdə dünya iqtisadiyyatının üzləşdiyi problemlər, dövlətlər arasında ədalətsiz rəqabət, ticarət və maliyyə müharibələri, sanksiyalar olacaq. Prezident çoxqütblü iqtisadi modelin formalaşması ilə bağlı öz qiymətləndirməsini bölüşəcək və bu prosesi bütün qlobal bazarın oyunçuları üçün açan imkanlara və perspektivlərə qiymət verəcək”, - Uşakov qeyd edib.
Kreml sözçüsü bildirib ki, prezidentin çıxışının böyük hissəsi ölkənin gələcək iqtisadi inkişafına həsr olunacaq. “Prezident bəyanatının əhəmiyyətli hissəsini Rusiyanın hazırda qarşıda duran vəzifələrə həsr edəcək. Ölkənin gələcək iqtisadi inkişafına dəstək, daxili işgüzar fəallığın stimullaşdırılması, biznesin rahat aparılması üçün şəraitin yaradılması, xarici ticarət və investisiya əlaqələrinin gücləndirilməsi Prezidentin əsas müzakirə predmeti olacq ", - deyə o əlavə edib.
Teymur Aslanov
Missiya.Az