Rusiya ordusuna məxsus “Kaliber” raketləri Ukrayna Silahlı Qüvvələrinin Çerniqov vilayətində artilleriya silahlarının yerləşdiyi anbarı məhv edib.
Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Rusiya ordusu Ukrayna ərazisinə aviazərbələr endirərək, hərbi texnika və canlı qüvvənin cəmləşdiyi 101 hərbi obyekti məhv edib. “Nəticədə 3 komando məntəqəsi və13 tank məhv edilib”.
Həmçinin Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus bir MiQ-29 təyyarəsini və bir Mi-24 helikopterini vurub.
Daşqın Həsənov
Missiya.Az