ABŞ hökuməti sanksiyalar və ərzaq qiymətlərindəki artımla əlaqədar kənd təsərrüfatı və gəmiçilik şirkətlərini gizli şəkildə Rusiyadan gübrə, taxıl almağa və daşımağa təşviq edir.
Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məqalədə qeyd olunub ki, ABŞ hökumətinin gizli şəkildə kənd təsərrüfatı və gəmiçilik şirkətlərini Rusiyadan gübrə almağa təşviq etməsinin səbəbi tədarükün qəfil azalmasıdır.
“Bloomberg” yazır ki, tədarükün qəfil azalması bütün dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub. Qeyd edək ki, bu il Rusiyadan Qərbə gübrə ixracı 24 faiz azalıb.
Leyla Səməndər
Missiya.Az