AZ   |   RU
Kremldən Ukraynaya hücumunun səbəbi ilə bağlı daha bir açıqlama

“Rusiyanın Ukraynadakı əsas məqsədi Moskvanın dəstəklədiyi “Donetsk və Luqansk Xalq Respublikaları”nı qorumaqdır”. 

Missiya.Az
“Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, ümumiyyətlə respublikaların müdafiəsi xüsusi hərbi əməliyyatın əsas məqsədidir. “Donetsk və Luqansk Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiyanın dəstəklədiyi iki qurumdur. Rusiya onu tamamilə Kiyevin nəzarətindən çıxarmaq üçün mübarizə aparır”.

Daşqın Həsənov 
Missiya.Az 


  • 14-06-2022, 15:39