AZ   |   RU
Türkiyə Liviyaya COVID-19-a qarşı vaksin göndərib
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Ankara Liviyaya COVID-19-a qarşı 150 min doza vaksin göndərib.

Missiya.Az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Vaksin partiyası aprelin 14-də Ankaranın Etimesgut hərbi hava limanından yola salınıb: “Bu gün Hərbi Hava Qüvvələrimizə aid təyyarələr vaksinləri liviyalı qardaşlarımıza çatdıracaq”.



  • 14-04-2021, 16:10