“Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb.Missiya.Az Apasport-a istinadən xəbər verir ki, sonuncu gündə əsas mübarizə başlayıb.
Təxminən 2 saatlıq yarışın ardından qalib müəyyənləşəcək. 10 komandanın heyətində 20 pilot finişə birinci çatmaq uğrunda mübarizəyə qoşulub.
Azadlıq meydanından start götürən yarışın finiş xətti də eyni məkan olacaq. Bolidlər buradan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.
Qeyd edək ki, dünən keçirilən sıralama turunda “Ferrari”nin pilotu Şarl Lekler hamını qabaqlayıb. “Red Bull” komandasından Serxio Peres və Maks Ferstappen müvafiq olaraq 2-3-cü yerlərdə başlayıb.