AZ   |   RU
Fransada parlament seçkiləri keçirilir
Fransada Milli Assambleyaya seçkilərin birinci tutu keçirilir. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, səsvermə hüququ olan 48 milyon Fransa vətəndaşı parlamentin aşağı platasına 577 deputatı seçməlidir.

Səsvermə Fransanın əsas ərazisində 08.00-dan 20.00-dək keçiriləcək. Saat fərqinə görə Dənizaşırı ərazilərdə səsvermə dünən başa çatsa da, nəticələr bu axşam elan ediləcək. 

Səsvermənin ikinci turu iyunun 19-na təyin edilib.

  • 12-06-2022, 10:16