AZ   |   RU
Paşinyandan Qarabağ müharibəsi barədə etiraf: Təhlükəsizlik Şurasının iclasında nə baş verib?

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsi ilə bağlı bəzi etiraflar edib. Paşinyan parlamentin bu gün keçirilən iclasında deyib ki, keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın müharibənin dördüncü günü ona hərbi əməliyyatların dayandırılması ilə bağlı müraciət etməsi barədə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur.

Missiya.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazir çıxışı zamanı son dövrlər müharibə mövzusu ilə bağlı bir sıra spekulyasiyaların aparıldığını deyib.

Sitat: “Guya müharibənin dördüncü günündə Qasparyan hərbi əməliyyatlarının dayandırılması ilə bağlı mənə müraciət edib. Amma bu fikirlərin heç bir əsası yoxdur. Onik Qasparyan belə bir söz deməyib. Bütün danışıqlar rəsmi şəkildə aparılır və yazılır, stenoqram da var. Qasparyanın dediyi söhbət Təhlükəsizlik Şurasının 30 sentyabrda keçirdiyi iclasında olub. O, iclas zamanı mənə dedi ki, düşmən heç bir uğur əldə edə bilmir. Əksinə, Ermənistan ordusunun döyüş tapşırığını icra etdiyini dedi. Qasparyan bildirdi ki, ordu sona qədər öz tapşırıqlarını yerinə yetirəcək”, - sitatın sonu. 

Paşinyan Qasparyanın 30 sentyabrda müharibənin dayandırılması barədə fikir səsləndirmədiyini başqa faktlarla da izah etməyə çalışıb. O bildirib ki, Qasparyan 21 avqust 2020-ci il tarixli Təhlükəsizlik Şurasının iclasında Ermənistan ordusunun Qarabağ istiqamətində düşmənin hücumunun qarşısını almaqla yanaşı, onları darmadağın edə biləcəklərini də deyib. Baş nazir bildirib ki, müharibə zamanı siyasi rəhbərlik razılaşma əldə etmək üçün cəhdlər edib. Paşinyan müharibə müddətində 3 dəfə belə bir şansın olduğunu deyib.

Elvin
Missiya.Az


  • 14-04-2021, 13:05