Mərkəzi Bank tərəfindən qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir sıra dəyişikliklər olunub.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bankdan məlumata verilib.
Dəyişikliklərə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilir.
Bu güzəştin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda ticarət edilən qiymətli kağızlara marağın artırılmasıdır.