AZ   |   RU
Ərdoğan “Cümhur İttifaqı”nın prezidentliyə namizədi olub

Türkiyədə “Cümhur İttifaqı”nın 2023-cü ildə baş tutacaq prezident seçkiləri üçün namizədi hazırkı dövlət başçısıdır.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında çıxır edərkən deyib.

O, müxalifəti də eyni addımı atmağa, namizədinin adını açıqlamağa çağırıb.

Ərdoğan növbəti prezident seçkilərinin 2023-cü ilin iyun ayında keçiriləcəyini əlavə edib.


  • 9-06-2022, 17:59